Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında vətəndaşların rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin:
1.1. Aylıq müavinətlər:
1.1.1. Yaşa görə müavinət - 50 manat;
1.1.2. Əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə - 55 manat
II qrup əlillərə - 40 manat
III qrup əlillərə - 35 manat;
1.1.3. sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara müavinət
- 55 manat;
1.1.4. ailə
başçısını itirməyə görə
müavinət - 45 manat;
1.1.5. əmək pensiyası
almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında
iştirak etdiyinə görə müharibə veteranı
adı almış şəxslərə, 1941-1945-ci illərdə
arxa cəbhədə fədakar əməyinə görə
orden və medallarla təltif edilmiş şəxslərə,
1941-1945-ci illərdə keçmiş sovet ordusunda
(donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi
orqanlarında hərbi xidmətdə olmuş, lakin
döyüş əməliyyatlarında iştirak etməmiş,
müharibə illərində orden və medallarla təltif
edilmiş şəxslərə, İkinci Dünya müharibəsi
illərində döyüşən cəbhələrin arxa
hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
İkinci Dünya müharibəsi dövründə Leninqrad
şəhərinin mühasirəsi zamanı şəhərin
müəssisələrində, idarə və təşkilatlarında
işləmiş və "Leninqradın müdafiəsinə
görə" medalı, "Leninqrad mühasirəsində
yaşayan" döş nişanı ilə təltif
edilmiş şəxslərə, başqa ölkələrin ərazisində
gedən məhəlli müharibələrdə və hərbi
münaqişələrdə hərbi birləşmələrin
tərkibində iştirak etmiş şəxslərə və
keçmiş SSRİ silahlı qüvvələrinin,
Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili
İşlər Nazirliyinin mütəxəssisləri kimi
iştirak etmiş şəxslərə müavinət - 30
manat;
1.1.6. müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularının
uşaqlarına müavinət - 50 manat;
1.1.7. valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına (himayəçilərinə)
müavinət - 35 manat;
1.1.8. bir yaşınadək
uşağı olan aztəminatlı ailələrə
müavinət - 30 manat.
1.2. Birdəfəlik
müavinətlər:
1.2.1. radiasiya qəzası nəticəsində
zərərçəkmiş şəxslərə hər il
müalicə üçün müavinət - 160 manat;
1.2.2. uşağın
anadan olmasına görə müavinət
- 75 manat;
1.2.3. dəfn
üçün müavinət
- 100 manat.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
3. "Sosial
müavinətlərin artırılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 27 avqust tarixli 820 nömrəli fərmanı (3-cü və
4-cü bəndləri istisna
olmaqla) qüvvədən
düşmüş hesab
edilsin.
4. Bu fərman
2010-cu il sentyabrın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 1.