"Şəhid ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Şəhid ailələrinin
sosial müdafiəsini gücləndirmək məqsədilə
qərara alıram:
1. "Şəhid ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün
aylıq məbləği 50 faiz artırılaraq 150 (yüz əlli)
manat məbləğində müəyyən edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin.
3. "Şəhid ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanının
1-ci bəndində "100 (yüz)" sözü "150
(yüz əlli)" sözləri ilə əvəz edilsin.
4. Bu fərman 2010-cu il
sentyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.-9
sentyabr.- S. 1.