Məcburi köçkünlərə
yemək xərci üçün verilən
aylıq müavinətin artırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Məcburi köçkünlərin
sosial müdafiəsini
gücləndirmək məqsədilə
qərara alıram:
1. Məcburi
köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği
2010-cu il sentyabrın 1-dən artırılaraq
15 manat müəyyən
edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. "Məcburi
köçkünlərə yemək xərci üçün verilən
aylıq müavinətin
artırılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 26
avqust tarixli 3014 nömrəli sərəncamının
1-ci bəndi qüvvədən
düşmüş hesab
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.-9 sentyabr.- S. 1.