Niderland Azərbaycanla ikitərəfli
münasibətlərin genişləndirilməsində
maraqlıdır
Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 8-də Milli Məclisə gəldi. Əvvəlcə Milli Məclisin iclas zalı, yeni inzibati binası ilə tanış olan qonaq deputatların fəaliyyəti üçün yaradılmış şəraiti yüksək qiymətləndirdi. Heydər Əliyev xatirə zalında ulu öndərin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla tanış olan Niderland Senatının sədri Xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Rene van der
Linden Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdü.
Qonağı salamlayan
Oqtay Əsədov onun Azərbaycana qarşı xoş münasibəti ilə tanındığını qeyd
etdi: "Siz Avropa Şurası Parlament Assambleyasının
sədri olarkən bu təşkilatla Azərbaycan arasında əlaqələrin dərinləşməsinə
böyük töhfələr
vermisiniz. Çox şadıq ki,
sizin Azərbaycanın
dövlət başçısı
ilə gözəl münasibətləriniz var".
Oqtay Əsədov bildirdi ki, Rene Van der Linden AŞ
PA-ya sədrliyi dövründə olduğu
kimi yenə də Azərbaycanın dostu olaraq qalır. Niderland Senatının
sədri seçildikdən
dərhal sonra sizin təşəbbüsünüzlə
Niderland-Azərbaycan parlamentlərarası
dostluq qrupunun yaradılması bunu bir daha təsdiqləyir.
Oqtay Əsədov bu qrupa məhz
Rene van der Lindenin rəhbərlik etməsini
onun Azərbaycana dost münasibətinin bariz təzahürü kimi dəyərləndirdi. Milli Məclisin
Sədri bu səfərdən sonra Azərbaycanla Niderland arasında parlamentlərarası
əlaqələrin daha
da dərinləşəcəyinə
və yüksələn
xətlə inkişaf
edəcəyinə əminliyini
ifadə etdi.
Rene van der Lindenin AŞ PA sədri vəzifəsində
çalışdığı dövrdə Azərbaycana
daim dəstək verdiyini məmnunluqla xatırladan Oqtay Əsədov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı onun hər zaman
nümayiş etdirdiyi
prinsipial mövqeyinə
görə təşəkkürünü
ifadə etdi. "İnanıram ki, siz yenə öz
mövqeyinizdəsiniz və
bundan sonra da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səylərinizi
əsirgəməyəcəksiniz" -deyə Oqtay Əsədov bildirdi.
Görüş üçün
təşəkkürünü bildirən Rene van der Linden
Azərbaycanın onun
üçün dost ölkə
olduğunu dedi. Qeyd etdi ki, onun
Azərbaycana səfəri
ilk növbədə bu
ölkəyə olan yaxşı münasibətinin
təcəssümüdür. Qonağın sözlərinə görə, Niderland Azərbaycanla əlaqələrin
inkişafında maraqlıdır.
Qlobal maliyyə böhranına baxmayaraq Niderlandın Azərbaycanda səfirliyini
açması buna əyani sübutdur. Bu səfərdə də məqsəd Niderlandla Azərbaycan arasında ikitərəfli
münasibətlərin, o cümlədən
parlament diplomatiyasının
genişləndirilməsi ilə
bağlı müzakirələr
aparmaqdır.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər də
müzakirə olundu.
Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 2.