Niderland Krallığı Senatının sədri Rena van der Linden ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur. Niderland Krallığı Senatının sədrinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

Rene van der Linden Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir

 

 

Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 2.