Niderland Krallığı
Senatının sədri Milli Məclisin
deputatları ilə görüşüb
Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdü.
Qonağı
salamlayan komitənin sədri, Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri
Səməd Seyidov dedi
ki, Azərbaycan və Niderland
parlamentlərinin deputatları beynəlxalq təşkilatlarda çox yaxşı əməkdaşlıq
edirlər. Bu
yaxınlarda Niderland parlamentinin bir qrup deputatı Azərbaycanda səfərdə
olmuşdur. Onlar olduqca səmərəli
görüşlər keçirmiş,
ikitərəfli əlaqələrin
inkişafına dair fikir mübadiləsi aparmışlar. İnanırıq ki, bu cür
səfərlər bizi
daha da yaxınlaşdırır,
əməkdaşlığımızı
genişləndirir.
Rene van der Linden yenidən Bakıda olmasından məmnunluğunu ifadə
etdi. Bildirdi ki, hər gəlişində Bakıda
güclü inkişaf
getdiyini müşahidə
edir. Azərbaycana səfərinin məqsədi
isə siyasi, iqtisadi sahələrdə
əlaqələrin daha
da inkişafına dair fikir mübadiləsi
aparmaqdır.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 2.