Azərbaycan ilə Niderland arasında əməkdaşlıq inkişaf edir

 

Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 8-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden ilə görüşmüşdür.

Görüşdə ölkələrimizin parlamentləri arasında sıx əlaqələrin mövcudluğu bildirilmişbir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilmişdir.

İqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə Azərbaycan ilə Niderland arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyini vurğulayan E.Məmmədyarov bunun həm ikitərəfli, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü qeyd etmişdir.

Qonaq cari il Azərbaycanda parlament seçkilərinin uğurla keçiriləcəyinə əminliyini ifadə etmiş, bu sahədə ölkəsinin təcrübəsini bölüşmüşdür.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 2.