Azərbaycan-ABŞ münasibətləri
müzakirə olunmuşdur
Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 8-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanov ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu istiqamətdə aparılan sülh danışıqlarının hazırkı vəziyyəti müzakirə olunmuşdur. Bundan əlavə, regional, qlobal və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 2.