Çinin ölkəmizdəki səfiri Yeni Azərbaycan Partiyası sədrinin müavini ilə görüşmüşdür
AzərTAc xəbər verir ki, Çinin ölkəmizdəki səfiri Çjan Yannyan sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədovla görüşmüşdür.
Görüşdə Çin ilə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmış, ölkələrimiz arasında bütün sahələrdə, eləcə də YAP ilə Çin Kommunist Partiyası arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.
Tərəflər qarşıdan gələn parlament seçkiləri və ona hazırlıq prosesi barədə də fikirlərini bölüşmüşlər.
Azərbaycan.- 2010.-9 sentyabr.- S. 2.