Azərbaycan Prezidenti İlham
Əliyevin Rumıniya
Prezidenti Trayan Besesku ilə görüşü
Sentyabrın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi və digər sahələrdə uğurla
inkişaf etdiyi vurğulandı, dövlət
başçılarının görüşlərinin və
qarşılıqlı səfərlərin
ölkələrimizin əlaqələrinin
daha da genişlənməsi
baxımından önəmli
olduğu qeyd edildi. Prezidentlər sentyabrın
14-də Bakıda keçiriləcək
Azərbaycan, Gürcüstan,
Rumıniya prezidentləri
və Macarıstan Baş nazirinin görüşünün əhəmiyyətinə
toxunaraq, AGRİ layihəsinin
Avropanın enerji təhlükəsizliyinin təmin
olunması işindəki
əhəmiyyətini vurğuladılar,
tədbirin regional əməkdaşlığın
möhkəmlənməsi işinə
öz töhfəsini
verəcəyinə əminlik
ifadə etdilər.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizama
salınması ilə
bağlı danışıqlar
prosesinin hazırkı
vəziyyəti barədə
söhbət açdı.
Görüşdə ikitərəfli münasibətlər
və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.-14 sentyabr.- S. 1.