Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü

 

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin Bakıda keçiriləcək görüşünün əhəmiyyətindən danışan dövlət başçıları AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-14 sentyabr.- S. 1.