Rusiya Federasiyasının
Prezidenti zati-aliləri
cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatoliyeviç!
Vladiqafqazda terror aktı nəticəsində
çoxsaylı insan tələfatı barədə
xəbər məni dərindən sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı
verirəm. Zərərçəkənlərə tezliklə sağalmağı
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.-14 sentyabr.- S. 1.