Səhiyyə müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Səhiyyə müəssisələrində
çalışan işçilərin
sosial müdafiəsini
daha da gücləndirmək
və onlara dövlət qayğısını
artırmaq məqsədilə
qərara alıram:
1. Dövlət
büdcəsindən maliyyələşdirilən
səhiyyə müəssisələrində
çalışan işçilərin
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş
aylıq vəzifə
(tarif) maaşları
2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.-14 sentyabr.- S. 1.