Azərbaycan Respublikasına gələn
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi
ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikasına
gələn əcnəbilərə
və vətəndaşlığı
olmayan şəxslərə
vizaların rəsmiləşdirilməsi
prosedurunun nizama salınması məqsədilə
qərara alıram:
1. "Miqrasiya
idarəetmə sisteminin
inkişafı və
"Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli
qanununun tətbiq edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli fərmanına
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008-ci il, ¹8, maddə
713; 2009-cu il, ¹7, maddə
532) aşağıdakı dəyişikliklər və
əlavə edilsin:
1.1. 4.4-cü bənd
çıxarılsın;
1.2. 5.1.1-ci və
5.1.2-ci bəndlər müvafiq
olaraq 5.1.2-ci və
5.1.3-cü bəndlər hesab
edilsin, aşağıdakı
məzmunda 5.1.1-ci bənd
əlavə edilsin:
"5.1.1. 14-cü maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;";
1.3. 5.1.3-cü bənddən "və
14-cü maddəsinin birinci
hissəsində" sözləri
çıxarılsın.
2. Müəyyən
edilsin ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı
hallarda viza alınması üçün
ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
müraciət edə
bilərlər:
2.1. Azərbaycan
Respublikasının dövlətlərarası
və ya hökumətlərarası müqavilələrində
nəzərdə tutulmuş
hallarda;
2.2. Azərbaycan
Respublikası Prezidentinin,
Azərbaycan Respublikası
Baş nazirinin, Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin,
Naxçıvan Muxtar
Respublikası Ali Məclisi
sədrinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına
gəldikdə;
2.3. Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsi sədrinin,
Azərbaycan Respublikası
Ali Məhkəməsi sədrinin,
Azərbaycan Respublikası
Baş prokurorunun, Azərbaycan Respublikası
İnsan hüquqları
üzrə müvəkkilinin
(ombudsmanın), Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyası
sədrinin, mərkəzi
icra hakimiyyəti orqanı rəhbərinin Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan
Respublikasına gəldikdə;
2.4. xarici ölkələrin
Azərbaycan Respublikasında
fəaliyyət göstərən
diplomatik nümayəndəlik
və konsulluqlarının,
habelə beynəlxalq
təşkilatların nümayəndəliklərinin
əməkdaşları, inzibati-texniki
xidmət heyətinə
daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin
əcnəbilər xüsusi
diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;
2.5. fövqəladə
halların nəticələrinin
aradan qaldırılmasında
iştirak etmək məqsədilə Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan
Respublikasına gəldikdə;
2.6. Azərbaycan
Respublikasında yaşayan
ailə üzvünün
vəfatı ilə əlaqədar Azərbaycan
Respublikasına gəldikdə
(ailə üzvünün
vəfatını təsdiq
edən sənəd əsasında).
3. "Viza
alınması üçün
əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
müraciət etdiyi halların müəyyən
edilməsi barədə"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 23 fevral tarixli 40 nömrəli qərarı qüvvədən
düşmüş hesab
edilsin.
4. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
4.1. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.2. öz
səlahiyyətləri daxilində
bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
5. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki:
5.1. vizaların
rəsmiləşdirilməsi prosedurunda edilmiş dəyişikliklər barədə
xarici ölkələrin
müvafiq orqanlarına
məlumat versin;
5.2. bu fərmanın 2-ci bəndində
nəzərdə tutulmuş
rəsmi dəvətlərin
qeydiyyatının aparılmasını
təmin etsin.
6. Bu fərman
2010-cu il oktyabrın
15-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 2.