Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycana işgüzar səfərə gəlmişdir

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 13-də Azərbaycana işgüzar səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Prezident Mixeil Saakaşvilini Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 2.