Avropa Şurasının
eksperti Azərbaycanda mədəni irsin vəziyyətinin qiymətləndirilməsi
hesabatı ilə bağlı müzakirələr
aparmışdır
Avropa Şurasının Kiyev Təşəbbüsü
Regional Proqramı çərçivəsində bu beynəlxalq qurumun "Tarixi şəhərlərdə mədəni
irsin bərpası"
layihəsi üzrə
eksperti Robert Pikard Azərbaycanda səfərdə olmuşdur.
Səfər çərçivəsində
Mədəniyyət və
Turizm Nazirliyində Robert Pikard ilə
ölkə üzrə
mədəni irsin vəziyyətinin qiymətləndirilməsi
hesabatı ilə bağlı müzakirələr
aparılmışdır.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, müzakirələr Avropa
Şurası tərəfindən
təqdim edilmiş təlimat suallarına uyğun aparılmışdır.
Görüşdə qeyd
olunmuşdur ki, sözügedən qiymətləndirmə
hesabatı kifayət qədər ciddi sənəddir və onun hazırlanmasına hər bir iştirakçı
ölkə tərəfindən
mühüm əhəmiyyət
verilməlidir.
Müzakirələr zamanı
ekspert tərəfindən
ünvanlanan suallar şifahi olaraq cavablandırılmış və
hesabatın Azərbaycan
tərəfindən bu
il sentyabrın
20-dək hazırlanaraq Avropa
Şurasına göndərilməsi
barədə razılığa
gəlinmişdir. Hesabat
təqdim edildikdən
sonra hər bir ölkə 10 tarixi şəhərin namizədliyini Avropa Şurasına təqdim etməli və bunun üçün müvafiq sənədləri
hazırlamalıdır. "Tarixi şəhərlərdə
mədəni irsin bərpası" layihəsinin
əsası 2009-cu ilin
noyabrın 6-7-də Sloveniyanın
Lyublyana şəhərində
keçirilmiş "Bizim
ümumi Avropa irsimizin bərpası"
mövzusunda Nazirlər
Konfransında qoyulmuşdur.
Layihənin məqsədi milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin,
onların ətraf mühitinin abidələr
və ərazinin yenidənqurma və təkrar işlənməsi
vasitəsilə canlandırılmasında,
davamlı sosial və iqtisadi inkişafı üçün
strateji inkişaf planının həyata keçirilməsində
yardım etməkdir.
Bununla bağlı sentyabrın 24-25-də Makedoniyanın
Skopye şəhərində
keçiriləcək Avropa
Şurası Nazirlər
Konfransında müzakirələrin
aparılması gözlənilir.
Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 7