Macarıstanın Baş
naziri Viktor Orban Azərbaycana işgüzar
səfərə gəlmişdir
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 14-də Azərbaycana işgüzar səfərə gəlmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstan hökumətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hava limanında Baş nazir Viktor Orbanı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılamışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 3.