Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana səfəri başa çatmışdır

 

Sentyabrın 14-də Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana səfəri başa çatmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Prezident Mixeil Saakaşvilini Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 3.