Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü

 

Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının əhəmiyyətindən danışıldı. Bu tədbirin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyi vurğulandı.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 1.