Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalanmışdır

 

Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması mərasimi olmuşdur.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış etdilər və jurnalistlərin suallarına cavab verdilər.

 

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 3.