İstanbulda Azərbaycan, Türkiyə və
Türkmənistanın enerji nazirlərinin
toplantısı keçirilmişdir
İstanbulda keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı çərçivəsində "Çırağan" sarayında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Bayramgeldi Nedirovun iştirakı ilə tədbir keçirilmişdir.
Üç ölkənin texniki heyətlərinin də dəvət olunduğu toplantıda həyata keçiriləcək layihələr, Nabukko təbii qaz xətti ilə bağlı məsələlər müzakirə olunmuşdur. Nazirlər qeyd etmişlər ki, Azərbaycan və Türkmənistanda getdikcə artan təbii qaz ehtiyatlarının Avropa bazarlarına çatdırılması üçün Türkiyə ilə birlikdə müzakirələr davam etdirilməlidir.
T.Yıldız
jurnalistlərə bildirmişdir ki, Türkmənistan və Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru
kəməri ilə nəqlinə başlamışlar. Bu müsbət təcrübə qaz boru xətti ilə də
həyata keçirilə bilər. Nabukko
layihəsinə gəldikdə isə, Türkiyə hesab edir ki,
Azərbaycan, Türkmənistan, İraq və
hətta İranın da iştirak
edəcəyi bir hasilatçı ölkələr
birliyi yaradılması lazımdır. Bu məsələ ötən həftə
Brüsseldə Avropa İttifaqının
yaratdığı texniki qrupun
da vəzifələrinə daxildir.
Azərbaycan.- 2010.-16
sentyabr.- S. 3.