Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. Məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. İlk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmiri üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci 2-ci bəndlərində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 4.