Azərbaycan Respublikasının Baş naziri Dünya Bankının nümayəndəsi ilə
görüşmüşdür
Sentyabrın 14-də Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə
olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə
vitse-prezidenti Filip Le Üerun ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə Dünya
Bankının nümayəndəsi
sosial-iqtisadi sahələrdə
Azərbaycanda əldə
edilən uğurları
xüsusi qeyd edərək bu istiqamətdə böyük
irəliləyişlərin olduğunu vurğulamışdır.
Daha sonra
mövcud makroiqtisadi vəziyyət ətraflı müzakirə
edilmişdir.
Görüşdə
həmçinin Dünya Bankının maliyyə dəstəyi
ilə respublikamızda həyata keçirilən sosial və
infrastruktur layihələrinin icra vəziyyəti, əldə
olunan nəticələr təhlil edilmişdir. Həmin sahələr
üzrə 2011-2014-cü illərdə, Ölkə Tərəfdaşlıq
Strategiyası da daxil olmaqla, Dünya Bankı ilə Azərbaycan
Respublikası arasında gələcək əməkdaşlığın
istiqamətləri müəyyənləşdirilmişdir.
Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 4.