Bakıda "World Gas İnfrastructure Caspian-2010" beynəlxalq konfransı işə başlamışdır

 

Sentyabrın 15-də Bakıda "RWE", "TAP" "OMV" şirkətlərinin sponsorluğu ilə "World Gas İnfrastructure Caspian-2010" beynəlxalq qaz konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransın aparıcısı, "İHİS CERA" şirkətinin baş məsləhətçisi Lorent Ruseskas son illər iri neft-qaz layihələrində Azərbaycanın rolunun artdığını, bu baxımdan konfransın Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Azərbaycanın Sənaye Energetika Nazirliyinin nümayəndəsi Eldar Şiriyev ölkəmizin neft-qaz layihələri, yaxın gələcəkdə bu sahədə həyata keçiriləcək işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerjidaşıyıcılarının şaxələndirilməsi istiqamətində sıx əməkdaşlıq edir.

Azərbaycanın enerji resurslarının ixracına böyük əhəmiyyət verdiyini deyən E.Şiriyev ölkəmizin Türkiyə Gürcüstan ilə yanaşı, 2008-ci ildən Yunanıstana da qazın nəqlinə başladığını söyləmişdir. Hazırda Azərbaycan qazının ixracı əməliyyatları 4 kəmər - Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya (Mozdok-Qazıməmməd) istiqaməti, İran-Azərbaycan Qazıməmməd-Gürcüstan qaz kəməri vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qaz ixracı departamentinin müdiri Kamal Abbasov ölkəmizin karbohidrogen resurslarının ixracı üçün milli transregional layihələrdə iştiraka böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Bu gün Azərbaycanın güclü qaz ixracatçısı rolunu oynadığını söyləyən K.Abbasov ölkə siyasətinin prioritet istiqamətlərindən birinin karbohidrogen resurslarını Avropa bazarına çatdırmaqdan ibarət olduğunu bildirmişdir. Hazırda Azərbaycan qazının Türkiyə Bolqarıstan ərazilərindən keçməklə Suriyaya çatdırılması üzrə işlər gedir. Ümumiyyətlə, bu gün Azərbaycan təbii qazı 5 ölkəyə çatdırılır. "Şahdəniz" yatağının ikinci fazasının işlənməsindən sonra isə Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı artacaqdır. Bu sahədə Avropa İttifaqı ölkələri ilə danışıqlar aparılır.

Avropa İttifaqının respublikamızdakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycanın həm qaz ixracatçısı, həm tranzit ölkə kimidövlətləri üçün böyük əhəmiyyətə malik olduğunu demişdir.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Tədbirdə Avropanın qaz sahəsində tanınmış şirkətlərin rəhbərləri, mütəxəssislər, habelə "Nabukko Gaspipeline Project" şirkətinin icraçı direktoru Reynxard Mitçek iştirak edirlər. Konfrans sentyabrın 16-da başa çatacaqdır.

 

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 6.