Türkdilli ölkələr arasında əməkdaşlıq möhkəmlənir

 

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 7 ildə ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətlərin gücləndirilməsinə üstünlük verir.

Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqedən çıxış etməsi, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması Prezident İlham Əliyevin başlıca məqsədlərindən biridir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvipak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcəkdir.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki ölkə arasında imzalanmış bir sıra mühüm sazişlər ölkələrimiz arasında əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır. Dövlət başçılarının bu yaxınlarda imzaladıqları "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" bu baxımdan möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından fundamental əhəmiyyətli sənəddir.

Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün sentyabrın 15-də Türkiyə Respublikasına səfəri də bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Səfər zamanı Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah GülBaş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf rersrektivləri ilə bağlı fikir mübadiləsi aparmışdır. Tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə, dərin tarixi, dini və mədəni ortaqlıqlara toxunmaqla yanaşı, siyasi, iqtisadi sahələr üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Azərbaycan ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı saziş də imzalanmışdır.

Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayeva əməkdaşlıq əlaqələrinin mövcud durumuinkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi apararaq yekun sənəd imzalamışdılar. Zirvə toplantısı bir daha türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini göstərdi.

2006-cı ilin sentyabr ayında Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiqləmişdir. Forumdakı çıxışında "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirikhiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücum etməliyik, çünki həqiqət bizim tərəfimizdədir" - deyən dövlət başçısı cənab İlham Əliyev "Ən yaxşı müdafiə hücumdur!" taktikasından çıxış etməklə türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulmasının vacibliyini önə çəkmişdir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması və bu qurumun birinci sammitinin 2009-cu ildə Bakıda keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Milli Məclisdə baş tutan sammitdə türk dövlətlərinin əməkdaşlığı istiqamətində mövcud potensialdan daha səmərəli istifadənin vacibliyi vurğulanmışdır. Xatırladaq ki, Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxısan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından yadda qalmışdır.

Türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsində ötən il Naxçıvanda keçirilən IX zirvə toplantısında qəbul edilən qərarlar xüsusi önəm kəsb etmişdir. Ötən dövr ərzində Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) birinci plenar iclası keçirilmişdir. Bakıda Türk PA-nın Baş Katibliyi yaradılmışdır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı məsələ builki zirvə toplantısında öz müsbət həllini tapdı. Bu qurumun yaradılması müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası geniş coğrafi arealı əhatə edən türk dünyasının problemlərinin həllinə, ölkələrimiz və xalqlarımızın bir-birinə daha sıx bağlanmasına imkan yaradacaqdır. Katibliyi İstanbulda yerləşəcək bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında bildirmişdir: "Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bugünümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyükgüclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək".

Zirvə görüşündə, həmçinin qərara alındı ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın. Gələn il Türkmənistanda MDB-nin üzvü olan türk dövlətlərinin müstəqilliyinin 20 illiyinin qeyd edilməsi, həmçinin türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün Qazaxıstanda keçirilməsi qərara alındı.

Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. 20 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması müsbət nəticələr verəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 1.