Hörmətli cənab
Prezident!
Milli bayramınız - Müstəqillik
günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Malta arasındakı
dostluq əlaqələrinin
genişlənməsi əməkdaşlığımızın
inkişafı üçün
yeni imkanlar açacaqdır.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost xalqınıza əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 1.