Səfər başa çatdı

 

Sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatmışdır.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.

 

* * *

 

Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtdı.

Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 sentyabr.- S. 2.