Xəzər dənizi regionu Avropaya enerji daşıyıcılarının şaxələndirilməsində çox böyük əhəmiyyətə malikdir

 

Xəzər dənizinin ehtiyatları bu bölgənin enerji daşıyıcılarının şaxələndirilməsində əlavə mənbə rolunu oynamaqla yanaşı, enerji resurslarının Avropaya çatdırılması üçün böyük töhfələrini verə bilər.

Bu fikir sentyabrın 16-da Bakıda başa çatan "World Gas İnfrastructure Caspian-2010" konfransında səsləndirilmişdir.

Fransanın "GDF Suez" şirkətinin vitse-prezidenti Filip Xoçart enerji daşıyıcılarının Avropaya nəqlində Xəzər dənizinin böyük əhəmiyyətini vurğulamışdır. Gələcəkdə Avropa Xəzər dənizi resurslarına daha çox ehtiyac duyacaq bu asılılıq getdikcə artacaqdır. Ötən il Avropanın qaz bazarında maliyyə böhranının yaşandığını qeyd edən F.Xoçart bu böhranın təsirlərinin hələ hiss edildiyini söyləmişdir. Nəticədə qaz bazarı təxminən 5 il geriyə düşmüşdür. ABŞ Yəmən Qətərdən mayeləşdirilmiş qazın idxalını məhdudlaşdırdıqdan sonra hazırda bu qaz Avropa bazarlarına göndərilir. F.Xoçart Avropada qaz satışında yaranan problemləri diqqətə çatdırmışdır. Bu gün Avropa yenidən tədarük böhranı yaşayır. Bizdə çoxlu qaz vardır, lakin bütün bu həcmləri qəbul etmək üçün bazarlar yoxdur. Biz anlayırıq ki, tələb düşür bunun müvəqqəti olduğuna ümid edirik. 2015-ci il üçün Avropa bazarları indi tədarük olunan həcmdə qazı satmalıdır. Proqnozlara görə, 2015-ci ildən sonra isə 70-100 milyard kubmetr həcmində qaz qıtlığı yarana bilər.

Konfransın sonuncu günü maliyyə vəziyyətinin siyasi sabitliyin Xəzərin resurslarının nəqlində rolu, resursların istismarında beynəlxalq qaz şirkətlərinin əməkdaşlığı, kəşfiyyat hasilatda müasir texnologiyaların tətbiqi digər mövzularda müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 sentyabr.- S. 2.