Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Hans Peter Boenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

DMX-nin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq və digər məsələlərlə əlaqədar müzakirələr aparılmışdır.

Görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasiliy Yujanin də iştirak etmişdir.

 

 

Azərbaycan.- 2010.-17  sentyabr.- S. 3.