Türkiyəli şair-jurnalistlər Mətbuat Şurasında olmuşlar

 

Mədəniyyət Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, paytaxtımızın "Ozan" Elazığın "Manas" nəşriyyatlarının təşkilatçılığı ilə Bakıda keçirilən "Elazığ çələngi" beynəlxalq tədbirinin iştirakçıları olan Elazığ vilayətinin bir qrup tanınmış şair-jurnalisti sentyabrın 16-da Mətbuat Şurasında (MŞ) olmuşdur.

MŞ-nin sədri Əflatun Amaşov türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə eyni vaxta təsadüf edən görüşün əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, dili, dini, adət-ənənəsi bir olan xalqlarımız arasında əlaqələrin genişləndirilməsində söz sənəti körpü rolunu oynayır. MŞ sədri bu sahədə ədəbiyyat təmsilçiləri ilə yanaşı, jurnalistlərin yerinə yetirdikləri missiyanın məsuliyyətindən danışmışdır.

Görüşdə milli mətbuatımızın yaranmasında, ötən əsrin əvvəllərində Azərbaycanda ictimai fikrin formalaşmasında, tariximizin digər mərhələlərində belə əlaqələrin misilsiz təsiri xüsusilə qeyd olunmuşdur.

Nümayəndə heyətinin rəhbəri, "Manas" nəşriyyatının direktoru M.Şener Bulud təmsil etdikləri vilayətin Türkiyədə ədəbiyyat mədəniyyət mərkəzi kimi dəyərləndirildiyini diqqətə çatdırmışdır. Qonaq hər bir elazığlının bu vilayətdə türk dünyasının görkəmli yazıçısı Almas İldırımın yaşamasından, Elağız şəhərində onun Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adlarını daşıyan küçələrin olmasından qürur duyduqlarını demişdir.

Sonra o, vilayət barədə müfəssəl məlumatların yer aldığı "Elazığ çələngi" kitabınısədrinə təqdim etmişdir.

Görüşdə Fırat Universitetinin jurnalistika fakültəsinin professoru Tarık Özcan 20 min tələbənin təhsil aldığı bu ali məktəbin öz televiziya, radio kanalına, qəzetinə malik olmasından söhbət açmışdır. Universitetin müəllimi Receb Bağçı, şair-jurnalistlərdən Midhət Yılmaz (A.İldırımın oğlu), Hadi Önal Günerken Aydoğmuş qardaş ölkələrimizin yazarları arasındakı ədəbi-bədii əlaqələrdən danışmış, rəy təkliflərini bildirmişlər.

Qonaqlara Həsən bəy Zərdabinin "Təbiət insan" kitabı təqdim olunmuşdur.

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 sentyabr.- S. 6.