Prezident İlham Əliyev "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olmuşdur

 

 Prezident İlham Əliyev sentyabrın 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olmuşdur.

Dövlət başçısı ətraf mühitin mühafizəsini və sağlam ekoloji mühitin yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoymuşdur. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2010-cu ili Azərbaycanda "Ekologiya ili" elan etmişdir. "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi də "Ekologiya ili" çərçivəsində reallaşan tədbirlərdən biridir.

Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərginin məqsədi respublikamızda və xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində reallaşdırılan qabaqcıl təcrübənin geniş auditoriyaya təqdim olunması, təcrübə mübadiləsi aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə ekoloji problemlərin həlli sahəsində fəaliyyət göstərən 30-dək yerlixarici şirkət, eləcə də dövlət qurumları və qeyri-hökumət təşkilatları təmsil olunmuşlar. Sentyabrın 16-dan başlanan sərgi sentyabrın 18-dək davam edəcəkdir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevə sərgi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin sağlamlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Son 15 ildə Azərbaycanda meşələrin ərazisi xeyli artırılmışdır. Cari "Ekologiya ili"ndə Azərbaycanda 8 milyon 200 min ağackol bitkisi əkilmişdir. Bunun 1 milyon 540 mini Bakıətrafı ərazilərin payına düşür. Nazirliyin Kompleks HidrometeorolojiEkoloji Tədqiqat Elm Mərkəzinin 3 min metrə qədər yüksəkliklərdə yerləşən 3 avtomatlaşdırılmış meteoroloji stansiyası fəaliyyət göstərir. Cənubi Qafqazda vəhşi təbiətin bərpası və reabilitasiyası mərkəzi də ilk dəfə Azərbaycanda yaradılmışdır. 2003-cü ildən bəri ölkəmizdə xüsusi mühafizə altında olan təbiət ərazilərinin sahəsi 478 min hektardan 890 min hektara qədər artırılmışdır.

Sərginin pavilyonları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, İsrailin ətraf mühitin sağlamlaşdırılması sahəsində 36 illik təcrübəyə malik ODİS şirkətinin Azərbaycandakı müvafiq qurumu ölkəmizə ən müasir sutəmizləyici qurğuların gətirilməsi, quraşdırılması və servisi ilə məşğuldur.

Artıq 7 ildir respublikamızda fəaliyyət göstərən CASPİAN Texnoloji Şirkəti Almaniya-Danimarka birgə iqtisadi qurumudur. Şirkət ilk pilot layihəsi çərçivəsində Şurabadda saatda 2,5 meqavat elektrik enerjisi istehsal edən külək elektrik parkı yaratmışdır. 48 meqavat gücündə daha belə bir energetika qurğusunun isə yaxın vaxtlarda təməli qoyulacaqdır.

Türkiyənin Ekodenge Konsaltinq şirkəti isə Azərbaycanda ekologiya sahəsinə dair mühəndis və məsləhət xidmətləri göstərir.

Bu ildən fəaliyyətə başlayan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin pavilyonu ilə tanışlıq zamanı bildirildi ki, agentlik günəş, külək, kiçik çaylar, bioqazsair mənbələrdən elektrikistilik enerjisinin alınması üçün silsilə tədbirlər reallaşdırır. Tezliklə Sumqayıtda günəş texnologiyaları zavodunun təməlinin qoyulması gözlənilir. Enerji səmərəliliyi məsələləri də agentliyin diqqət mərkəzindədir.

Sərgidə təmsil olunan Böyük Britaniyanın "Waterman" şirkəti də istənilən, o cümlədən çirkli və tullantı sulardan istər texniki, istərsə də içməli suyun alınması üzrə mükəmməl avadanlıq istehsalı üzrə ixtisaslaşmışdır. Böyük Britaniyadan gətirilən ehtiyat hissələri və avadanlıqdan istifadə etməklə şirkətin Bakıdakı kiçik zavodunda müxtəlif qurğular hazırlanır.

 ABŞ-ın "Azerbaijan İnternational Mining Company" şirkəti isə respublikamızda nəcib və əlvan metallar sahəsində fəaliyyət göstərir. Dövlət başçısına bildirildi ki, şirkətin Gədəbəydəki qızıl zavodunda ekoloji məsələlər xüsusi diqqət mərkəzindədir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekoloji mühitin sağlamlaşdırılması üzrə çoxşaxəli fəaliyyətini əks etdirən stendlə tanış oldu. Qeyd edildi ki, dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən müasir AVRO-2 ölçü məntəqəsi inşa olunmuşdur, neftlə çirklənmiş ərazilərin təmizlənməsi və alternativ enerji mənbələrindən istifadə tədbirləri genişləndirilir, platformalarda təmizləyici qurğular quraşdırılır və digər silsilə layihələr həyata keçirilir.

bp şirkəti də ətraf mühitin sağlamlaşdırılması ilə bağlı bir sıra yeni layihələr üzrə aparır. 2009-cu ildən başlayaraq bu şirkət işini təhlükəsiz, etibarlı və səmərəli qurmaq üçün mərkəzləşdirilmiş sistem yaratmışdır.

Azərbaycanın AİMROC şirkəti isə Daşkəsənin qızıl yataqlarında və Balakəndə Filizçay yatağında işlər görür. Aparılan araşdırmalar nəticəsində Balakəndəki yatağın dünyada ən zəngin missink ehtiyatlarına malik olduğu aşkarlanmışdır.

Dövlət başçısına respublikamızda ekologiya sahəsində istifadə olunan maşın və mexanizmlər də nümayiş etdirildi.

Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev təşkilatçılara və iştirakçılara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 1.