"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Naxçıvan Muxtar Respublikasında xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısını təkmilləºdirmək məqsədi ilə qərara alıram:

 

1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləºdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹9, maddə 555; 2003-cü il, ¹3, maddə 153, ¹10, maddə 570; 2005-ci il, ¹2, maddə 69, ¹4, maddələr 301, 307, ¹8, maddə 721, ¹10, maddə 919, ¹12, maddələr 1104, 1117; 2006-cı il, ¹7, maddə 591, ¹9, maddə 743, ¹11 maddə 945, ¹12, maddə 1057; 2007-ci il, ¹6, maddə 618, ¹8, maddələr 759, 765, ¹10, maddə 943, ¹11, maddələr 1098, 1106; 2008-ci il, ¹8 maddə 718, ¹9, maddə 799, ¹11, maddə 969, ¹12, maddə 1059; 2009-cu il, ¹2 maddə 64, ¹3, maddə 163, ¹8, maddələr 619, 621, ¹10, maddə 785, ¹11, maddə 884; 2010-cu il, ¹2, maddə 80, ¹3, maddə 180) ilə təsdiq edilmiº əlavə ¹ 3 - "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 1.