Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elmelmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən digər elm elmi tədqiqat müəssisə, idarə təşkilatlarında çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən digər elm elmi tədqiqat müəssisə, idarə təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 1.