Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Mədəniyyət, gənclər idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S.  1.