Azərbaycanın Baş naziri ilə görüşdə yeni infrastruktur layihələri ilə bağlı razılıq əldə edilmişdir

 

Sentyabrın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının vitse-prezidenti Xiaoyu Zhaon ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Asiya İnkişaf Bankının nümayəndəsi sosial-iqtisadi və mədəni sahələrdə respublikamızda əldə olunan uğurlar barədə söz açaraq bu istiqamətlərdə böyük inkişafa nail olunduğunu məmnunluqla qeyd etmişdir.

Daha sonra Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən infrastruktur layihələrinin icra vəziyyəti müzakirə edilərək nəticələrin təhlili aparılmış və əməkdaşlığın perspektiv istiqamətləri müəyyənləşdirilmişdir. Gələcəkdə energetika, yol-nəqliyyat, kənd təsərrüfatı, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və bərpası sahələri üzrə müvafiq layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

 

 

Azərbaycan.- 2010.-18  sentyabr.- S. 2.