TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər.

Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Berik Arın xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

 

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 2.