Şəhidlər xiyabanını ziyarət

 

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə gül dəstələri qoymuşlar.

Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Berik Arın Şəhidlər xiyabanındakı şəhid türk əsgərlərinin memorialını da ziyarət etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 2.