TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri Heydər Əliyev Fondunda

 

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Heydər Əliyev Fondu ilə tanış olmuşlar.

Qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Qonaqlara ulu öndərin şəxsi eksponatları barədə də məlumat verilmişdir. Qeyd edilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolareksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

Ulu öndərin şəxsi arxivindən götürülmüşonun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

Ortaali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestatdiplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamələr, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş yadigar fotolar, otağındakı əşyalar qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Qonaqlar fonddan zəngin təəssüratla ayrılmışlar.

 

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 2.