Sosial təminat müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Sosial təminat
müəssisələrində çalışan işçilərin
sosial müdafiəsini
daha da gücləndirmək
və onlara dövlət qayğısını
artırmaq məqsədi
ilə qərara alıram:
1. Dövlət
büdcəsindən maliyyələşdirilən
sosial təminat müəssisələrində çalışan işçilərin
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş
aylıq vəzifə
(tarif) maaşları
2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 22 sentyabr.-
S. 1.