Kənd təsərrüfatı,
meşə təsərrüfatı, meliorasiya
və su təsərrüfatı, ətraf
mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Kənd təsərrüfatı,
meşə təsərrüfatı,
meliorasiya və su təsərrüfatı,
ətraf mühitin mühafizəsi, hidrometeorologiya
və balıqartırma
sahələrində çalışan
işçilərin sosial
müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını
artırmaq məqsədi
ilə qərara alıram:
1. Dövlət
büdcəsindən maliyyələşdirilən
kənd təsərrüfatı,
meşə təsərrüfatı,
meliorasiya və su təsərrüfatı,
ətraf mühitin mühafizəsi, hidrometeorologiya
və balıqartırma
sahələrində çalışan
işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 22 sentyabr.- S. 1.