Aşiqliyin ağrı dastanı
Nağıllaşan, dastanlaşan ömründə ağ günlərinin sayı barmaqla hesaba alınan, nakam taleli, saz-söz sənətkarlarından biri də XIX əsrin təxminən 30-cu illərində Kəlbəcər rayonunun Löh kəndində (sonralar bu kənd Azərbaycan ədəbiyyatı tarixinə Bəhmən Vətənoğlu kimi söz sərrafı da yetirəcəkmiş) yoxsul ailədə dünyaya gələn alagözlü, gülərüzlü Bəsti idi. O dövrün qızlarının və qadınlarının nəinki təkcə təhsil almaq hüquqlarının olmaması, ümumiyyətlə, məşəqqətli həyat tərzi keçirmələri barədə geniş bəhs etməyə ehtiyac yoxdur. Bəsti də həmin bəlanın qurbanına çevrilmiş və savad almasına imkan verilməmişdir. Lakin o, savadsız olsa da, ağıl-kamal sahibi kimi tay-tuşları arasında çox erkən yaşlarında seçilmiş, ustad saz-söz sənətkarlarının məclislərində el ədəbiyyatı incilərini öyrəndiyindən, özü də bədahətən qoşmalar qoşmuş, gəraylılar söyləmiş və hətta saz çalmağı belə öyrənmişdir.
Dövrün, zəmanənin amansızlıqlarının arzularını daşa döndərməsini Bəsti digər həmyaşıdlarından fərqli formada nəzmə çəkərək, fitri istedad sahibi olduğunu gizlətməmiş, az vaxt içərisində Göyçə mahalında, Kəlbəcərdə və yaxın el-obada məşhurlaşmışdır.
Bəsti Kərbəlayi
Bayramalı qızı yeniyetməlikdən gəncliyinə doğru pərvazlananda qismətinə tuş gələn butasına əli yetməmiş,
aşıq dili ilə desək, eşqinin oxu daşa dəymişdir. On
yeddi-on səkkiz yaşlarında bir çobanla sevişən
Bəstinin sonrakı taleyi barədə ancaq nisgillə söz açmaq olar. O özü bunu
Ağdabanlı şair Qurbana
(Dədə Şəmşirin atası) yazdığı
"A Qurban" rədifli
qoşmasında daha açıq formada göstərmişdir:
Bu yazıq
canımı gətirdi
cana,
Ədalətsiz divan, zalım zamana.
Atəşə pərvana,
oxa nişana,
Piltəyə şam oldu canım,
a Qurban.
Sevgisi yolunda şirin candan keçməyə hazır olan aşiq və aşığın dərdi
o deyildi ki, onu sevgilisinə vermirdilər. Onsuz da bu sevgi onlara baha
başa gəlmişdi.
Yeniyetmə bir çobanı
Bəstini istədiyinə
görə qızın
gözləri qarşısında
qətlə yetirmiş,
azad sevginin o dövr üçün əlçatmaz olduğunu
bir daha qəddarcasına anlatmışlar.
Bu dəhşətli səhnədən sarsılan
Bəstinin faciəli sevgi dastanı dillər əzbərinə
çevrilmişdi. O, dərdini təkcə ağı-bayatılarda deyil,
qoşma və gəraylı, təcnis və divanilərdə, bir də divanəliyini
telli sazın havacatlarında dilə gətirmişdir.
Aşıq Bəstinin təkcə sevgisini əyani şəkildə ifadə
etmək bacarığı
deyil, əlinə saz götürüb aşıqlıq etməsi
o dövr üçün
sanki ədəbi inqilab idi. Feodal-patriarxal adət-ənənələrin, dini qadağaların hökm sürdüyü həmin cəmiyyətdə
qadının aşıqlıq
etməsi o zaman cəsarət tələb
edirdi. Bütün bunlar Bəstinin
azad cəmiyyət arzularının ifadəsi,
mübarizliyi, Azərbaycan
qadınının, qızının
müstəqillik ideyaları
uğrunda bütün
məşəqqətlərə sinə gərməyinin bədii ifadəsi idi. Aşıq Bəsti nəinki qorxu və qadağalardan
çəkindi, qara geyinib sevgisinə yas saxlamış, əksinə, sazı, cəsarətli, üsyankar
şeirləri ilə
dövrün amansızlıqlarını,
xurafatı sarsıtmış,
aşıq kimi tərki-diyar olub el-obada mübarizlik toxumu səpmiş, adını qadın aşıqların sırasına
yazmışdır.
O, mükəmməl
elm, savada malik olmasa da, fitrətdən
verilmiş istedadı
bəs edirdi ki, fikrini kamil
sənətkar, saz-söz
xiridarı kimi ifadə etsin. O dövrdə çox məşhur olan "Qurban bulağı" ədəbi məclisinin üzvlərindən biri kimi xatırlanan Bəsti Ağdabanlı Qurbanın diqqətindən
yayınmamışdır. Ağdabanlı Qurban Aşıq Bəstinin el-obada məşhurlaşmasını,
mövqeyini qoşmalarının
birində də göstərmişdir:
Bağça bülbülüsən
güllər eşqinə,
Nəğməlisən - şirin
dillər eşqinə.
Sənətkar olubsan ellər eşqinə,
Şöhrətin yayılıb
hər yana,
Bəsti.
Bəstinin də məclislərində iştirak etdiyi "Qurban bulağı"ndakı saz-söz yarışmalarında həmişə "Ərəbzəngi"yə çevrilən bu nakam taleli qız, sən demə, sonralar Azərbaycanın ozan-aşıq, sənətinin ən qüdrətli qadın nümayəndələrindən biri olacaqmış. Aşıq Ələsgərdən və Ağdabanlı Qurbandan görüb-götürmüş Bəsti ustad dərsini kamil sənətkarlardan almışdır.
Aşıq o dövrün bəy-xanlarının
əmək adamlarına, nökər-naibə verdiyi
əzab-əziyyəti kəskin tənqid etməkdən
çəkinməmiş, onları nəzmə çəkərək,
mübarizəsini cəsarətlə davam
etdirmişdir. "Hallı-havalı",
var-dövlətinə güvənənlərin baş kəsməyə hazır olduğunu o,
qoşmalarının birində belə ifadə etmişdir:
A bəy,
nə gəzirsən hallı-havalı,
Süleyman mülkünün yiyəsi
kimi?!
Nədəndir yaxşının
başın kəsməyə
Hazırsan xəncərin
tiyəsi kimi?!.
Aşıq Bəstinin el arasında
"Kor Bəsti" kimi məşhurlaşması
onun yaradıcılığında
da öz əksini tapmışdır. Faciəli məhəbbətini
sazla ifadə edən Bəsti doğma kəndindən çıxıb el-el, oymaq-oymaq
gəzməyə, aşıqlıq
etməyə başlamış,
qəlbini çuğlayan
dərdləri sazla, sözlə dilə gətirmişdir. Deyirlər, sevgilisinin
nakam taleyinə əbədi yas saxlayan Bəstinin ağlamaqdan gözlərinin
nuru itmiş, o, erkən yaşlarından qəlbinin, ruhunun işığına yaşamışdır.
Aşıq Bəstinin yaradıcılığı
hələ ötən
əsrin 50-60-cı illərində
ədəbi tədqiqatın
obyektlərindən birinə
çevrilmişdir. Həmid
Araslının toplayıb
1964-cü ildə nəşr
etdirdiyi "Azərbaycan
aşıq yaradıcılığı"nda,
Əzizə Cəfərzadənin
"Azərbaycanın aşıq
və şair qadınları" kitabında,
2005-ci ildə "Adiloğlu"
nəşriyyatı tərəfindən
buraxılmış "Kəlbəcər
dünyası: yüz
şairin bir kitabı"nda (toplayıb
tərtib edənlər:
A.Cəmil, M.Nərimanoğlu)
bu barədə geniş məlumatlar verilmişdir. Onu da qeyd etmək
yerinə düşərdi
ki, filologiya elmləri üzrə fəlsəfə doktoru İlham Məmmədlinin iyirminci yüzilliyin Azərbaycan ədəbi prosesinin orijinal qollarından olan Kəlbəcər ədəbi
mühitinin ədəbi-tarixi
qaynaqları, onun bədii özəllikləri,
ayrı-ayrı nümayəndələrinin
yaradıcılığının tədqiqinə həsr olunan "XX əsr Kəlbəcər ədəbi
mühiti" monoqrafiyası
bu baxımdan olduqca dəyərli ədəbi mənbədir.
Aşıq Bəstinin yaradıcılığı
bütünlüklə tədqiq
olunmadığından əldə
edilən ədəbi
nümunələr yalnız
xalqın yaddaşında
qalanlardandır. Onun ilk araşdırıcısı
filologiya elmləri doktoru, folklorşünas alim Sədnik Paşa Pirsultanlı olmuşdur. O, 1969-cu ildə
Aşıq Bəstinin
"Lalə", 2001-ci ildə
isə "Bənövşələr"ini
kitab şəklində
oxucuların ixtiyarına
vermişdir. Aşığın tədqiqatçısı kimi o, "Bəsti və Xançoban" dastanını bərpa edib nəşrə hazırlasa da, təəssüf ki, çap etdirmək imkanı olmamışdır.
Aşıq Bəsti haqqında Azərbaycanın ədəbi
ictimaiyyətinin tanınmış
simaları dəfələrlə
söz açmış,
şeirləri təhlil
edilmişdir. M.Təhmasibin, P.Əfəndiyevin, Ş.Qurbanovun, N.Rəfibəylinin,
yazıçı Elçinin
və digərlərinin
Aşıq Bəsti barədə fikirləri daha çox diqqət çəkmişdir.
Aşıq Bəsti
Kəlbəcərdən gedəndən
sonra Göyçə
mahalının Basarkeçər
rayonunda bir müddət yaşadıqdan
sonra qəriblik onu doğma el-obalara qaytarsa da, o, yenidən Daşkəsən, Gədəbəy
və Samux rayonlarına üz tutmuş, el məclislərində
dastan danışmış
və neçə-neçə
şagird də yetişdirmişdir.
Torpaq insanı müdrik çağlarında özünə
daha çox bağlayır. Elə Kor Bəsti
də ömrünün
axırlarına yaxın
yenidən doğulduğu
kəndinə qayıtmış,
1936-cı ildə, təxminən
100 yaşında vəfat
etmişdir.
Kəlbəcərin düşmən tapdağı
altında qalan kəndlərinin biri və Göyçə ilə həmsərhəd
olan, Löh qalasına söykək bu obanın müqəddəsləri arasında
bir ad da daim nisgillə xatırlanır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 22 sentyabr.- S. 7.