"Sahə" filmi beynəlxalq miqyasda populyarlıq qazanır

 

"Nərimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" ("The Precinct") bədii tammetrajlı filmi bir neçə beynəlxalq festivalda uğurla iştirak etmişdir. Kinostudiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətindən bəhs edən "Sahə" bədii filmi barədə dünyanın nüfuzlu kinematoqrafları söz açırlar.

Böyük Britaniyanın məşhur ssenaristi Kler Douns Azərbaycan filmi barədə demişdir: "Sahə" hekayəsi maraqlı janrlar kəsişməsini - fövqəltəbiilik ilə misteriyanı - özündə birləşdirir və bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda baş verir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir. Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəqletmə gücünə malik bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış vardır. Bu, keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir. Hadisələr tezliklə sahə daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq, hər şeyin təklif olunduğuheç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu, keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır".

Azərbaycan və Gürcüstanın birgə istehsalı olan film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "PaşaBank"ın iştirakı ilə ərsəyə gətirilmişdir.

Rejissorssenari müəllifi İlqar Safatın quruluşunda lentə alınan filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa etmişlər. Yeni ekran əsərində, həmçinin Məmməd Səfa, Sonaxanım Mikayılova, Ruslan İsmayılov, Midhət Aydınov, Rafiz Mehdizadə, Nina Rakova, Ramis İbrahimovbaşqa aktyorlar da çəkilmişlər. Film geniş ictimaiyyət üçün sentyabrın 23-dən 29-dək "Azərbaycan" kinoteatrında nümayiş etdiriləcəkdir.

 

 

Azərbaycan.- 2010.- 22 sentyabr.- S. 8.