Əməkhaqlarının, pensiyaların, sosial ödəmələrin dinamik artımı düzgün iqtisadi siyasətin nəticəsidir

 

Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Keçən ilbu il dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir.

 

İlham ƏLİYEV

 

Ötən əsrin 80-ci illərinin ikinci yarısında - yenidənqurma illərində keçmiş SSRİ-nin tərkibində olan Baltikyanı respublikalar bir-birinin ardınca "təsərrüfat hesabı"na keçdiklərini elan etdilər. Bunu SSRİ-nin tərkibindən çıxmaq yolunda ilk addım hesab edən bədnam yenidənqurmanın uğursuz müəllifi Mixail Qorbaçov tələm-tələsik həmin regiona səfər etdi. Səfərin məqsədi ictimaiyyətin dəstəyini alaraq hər üç respublika rəhbərliyini bu yoldan çəkindirmək idi. Lakin o, ictimaiyyətin nümayəndələri ilə elə ilk görüşündə gözləmədiyi cavab aldı: "Mixail Sergeyeviç, biz eyni cür kasıb yaşamaqdansa, müxtəlif cür varlı yaşamaq istəyirik".

İndi o illərdən xeyli vaxt keçib. Nə SSRİ var, nə də onun hamını eyni cür yaşamağa məhkum edən sosial-iqtisadi siyasəti. 15 "müttəfiq" respublikanın hamısı, o cümlədən Azərbaycan 19 ildir ki, müstəqil dövlət kimi bazar iqtisadiyyatı yolunu seçib. O yolu ki, hər kəsə müxtəlif cür varlı yaşamaq imkanı yaradıb.

Bu gün Azərbaycanın həmin yolla keçmiş postsovet məkanındakı respublikalara nisbətən daha uğurladaha dinamik addımladığı danılmaz faktdır. Artıq neçə illərdir ki, hətta nüfuzlu beynəlxalq maliyyə qurumları da öz hesabatlarında Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nəticələri xüsusi vurğulayır və sosialist təsərrüfat sistemindən imtina etmiş dövlətlərə nümunə kimi göstərirlər. Əgər nəzəalsaq ki, Azərbaycan öz siyasi müstəqilliyinə heç də digər keçmiş respublikalar kimi problemsiz (Dağlıq Qarabağ problemi nəzərdə tutulur - red.) qovuşmayıb və bu problemin həll edilməməsi səbəbindən günü bu günqonşu dövlətlə müharibə şəraitində yaşayır, onda ölkəmizin uğurlarının qiymətləndirilməsinin təsadüfi olmadığı şübhəsizdir. Üstəlik, 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünün sosial-məişət problemlərinin həlli. Bunlar heç kəsə adi problemlər kimi görünməsin. Həm ölkənin məcburiyyət üzündən müdafiə qabiliyyətinin gücləndirilməsi, həm də nəinki doğma yurd, ev-eşik yerlərindən, hətta adi məişət əşyalarından, əyin-başdan məhrum olmuş yüz minlərlə soydaşımızın qayğısına qalmaq az vəsait tələb etmir. Qısa vaxtda Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordusuna çevirmək, onun döyüş qabiliyyətini artırmaq, eyni zamanda hər cür infrastruktura malik onlarca yeni şəhərciklər salaraq ən dözülməz şəraitdə yaşayan qaçqın və məcburi köçkünləri ora köçürmək hər hakimiyyətin işi deyil. Söhbət təkcə vəsaitin olmasından getmir. Baxmayaraq ki, dünyanın maddi nemətlər və təbii sərvətlər üstündə bir-birinə dəydiyi indiki vaxtda həmin vəsaiti qazanmaqqoruyub saxlamaq iqtisadi çevikliksiyasi fərasət tələb edir ki, bu da hər iqtidarda olmur. Söhbət həm də mövcud vəsaitdən ən vacib məqsədlər üçün lazımi məqamda istifadə etmək siyasətindən gedir. Bu gün ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurları fərqləndirən, onun əksəriyyət tərəfindən qəbul edilməsini şərtləndirən əsas səbəb də məhz budur. Biz hələ ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bölgələrin sosial-iqtisadi cəhətdən dirçəldilməsi, sosial infrastrukturun yenidən qurulması, özəl sektora daha geniş meydan verilməsi üçün görülən qlobal tədbirləri demirik. Bütün buqeyd etmədiyimiz digər iqtisadi tədbirlər Azərbaycanı qısa vaxt ərzində nəinki regionda, həm də keçmiş sosialist məkanında lider dövlətlər sırasına çıxarıb. İndi ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında vacib iştirakçı dövlət kimi qəbul olunur, regional qlobal enerji və nəqliyyat layihələrinin heç biri Azərbaycandan yan keçmir. Və bunlar ilk növbədə ölkəmizin iqtisadi nüfuzundan, qüdrətindən xəbər verir.

Amma bugünəcən həyata keçirilmiş və gələcəkdə reallaşdırılması nəzərdə tutulan bütün iqtisadi tədbirlərin kökündə insan amili, daha doğrusu, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və güzəranının yaxşılaşdırılması durur. Azərbaycan bu sahədə də nümunə göstərir. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında sözügedən məsələ ilə bağlı söylənilən fikirləri bir qayda olaraq konkret addımlarla müşayiət olunur. Artıq büdcədən maliyyələşən təşkilatlarda çalışan ölkə vətəndaşları, təqaüdçülər, sosial müavinət və ünvanlı yardım alanlar aldıqları vəsaitin hər il artırılmasına adət etmişlər. Bu artımlar dövlətin maliyyə imkanları daxilində azya çox olur. Amma məsələ bunda deyil. Əsas odur ki, həmin artımlar dinamik xarakter daşıyır. Mütəxəssislərin fikrincə, ödənişlərin uzunmüddətli birdəfəlik çox artımından az, lakin dinamik artım daha səmərəlidir. Həm büdcə, həm də vətəndaşlar üçün. Çünki bu zamanizafi büdcə xərcləri, nə də proqnozlaşdırılmayan inflyasiya yaranır. Elə bu siyasətin nəticəsidir ki, bu gün ölkədə əhalinin pul gəlirlərinin artımı inflyasiyanın faizini bir qayda olaraq üstələyir. Fikrimizi təsdiqləmək üçün son ayların statistikasına nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkə üzrə əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıb. Bu dövrdə hər nəfərə orta hesabla 1776,8 manatya əvvəlki ilin eyni aylarına nisbətən 9,8 faiz çox gəlir düşüb. Son dəqiqləşdirməyə əsasən, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 317,4 manatdır ki, bu da keçən ilin 8 ayının göstəricisinə nisbətən 5,7 faiz çoxdur. Lakin onu da yaddan çıxarmayaq ki, bu gün ölkədə daha yüksək əməkhaqqı verən sahələr mövcuddur. Məsələn, işləyən əhalinin böyük qrupunu özündə birləşdirən sənayedə orta aylıq əməkhaqqı hazırda 450 manata yaxındır. Həmin göstərici inşaat kompleksində 502, nəqliyyatda 363, rabitədə 531 manat civarındadır. Bundan əlavə, cari ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda çalışan işçilərə əməkhaqqı fonduna daxil edilməyən 8,6 milyon manat sosial ödəmələr verilib. Bunun əvəzində cari ilin 8 ayında keçən ilin eyni dövrünə nisbətən istehlak qiymətləri və xidmət tarifləri cəmi 5 faiz artıb.

İndi budur, son günlər büdcə təşkilatlarında çalışanlarn əməkhaqları, təqaüdlər, sosial ödəmələr Prezidentin sərəncamları ilə artırılır. Artıq bu artımlar büdcədən maliyyələşən bir çox sahələri əhatə edib. Şübhə yoxdur ki, bu dəfə də kənarda qalan büdcə təşkilatı olmayacaq.

Bu artımların əsl sosial mahiyyətini anlamaq üçün hazırda Mərkəzi Avropa ölkələrini bürüyən mitinq və yürüşlərə nəzər salmaq kifayətdir. Hətta ən sabitinkişaf etmiş ölkə sayılan Çexiyada bu gün büdcə kəsirini azaltmaq üçün əməkhaqları aşağı salınır. Sözsüz ki, belə vəziyyətin yaranmasına əsas səbəb hələ tam səngiməmiş dünya iqtisadi böhranıdır. Bax, belə bir vəziyyətdə Azərbaycanda nəinki büdcə kəsirinin yaranması qorxusu yaşanır və bundan ehtiyat edilərək maaşlar aşağı salınır, əksinə, büdcədən sosial ödəmələrə ayrılan vəsaitin həcmi artırılır.

 

 

Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 1.