Səudiyyə Ərəbistanı
Krallığının vəliəhdi, baş
nazirin müavini,
müdafiə və aviasiya naziri, baş müfəttiş
əlahəzrət Sultan Bin
Əbdüləziz Al Səuda
Əlahəzrət!
Əziz qardaşım!
Milli bayramınız - Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı möhkəm dostluq və çoxşaxəli əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 sentyabr
2010-cu il
Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 1.