Mərkəzi Seçki Komissiyasında görüş

      

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 22-də ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq ilə görüşmüşdür.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ABŞ-ın Azərbaycanın dostustrateji müttəfiqi olduğunu xatırladan Məzahir Pənahov bu ölkənin müvəqqəti işlər vəkili ilə görüşdən məmnunluq duyduğunu bildirmişdir.

MSK ilə ABŞ səfirliyi arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan Adam Sterlinq Azərbaycanın çox mühüm bir hadisə ərəfəsində olduğunu qeyd etmişMilli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanmışdır.

MSK sədri seçkilərin keçirilməsinə dair qanunvericiliyin tələbləri və görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir.

Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ABŞ səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 2.