Azərbaycan Prezidenti
İlham Əliyevin ABŞ dövlət katibinin xüsusi nümayəndəsi
Riçard Morninqstar
ilə görüşü
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon görüşdə iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 1.