Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda iranlı həmkarı ilə görüşmüşdür

 

Azərbaycanın xarici işər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində iranlı həmkarı Mənuçehr Mottəki ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə İran arasında münasibətlərə, iqtisadi əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, görüşdə regional məsələlər də müzakirə olunmuşdur

 

 

Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 1.