Mərakeş Krallığı Parlamenti Nümayəndələr
Palatasının sədri Azərbaycana səfərə gəlmişdir
Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 23-də Azərbaycana səfərə gəlmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərin daha da genişlənməsinə dair fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Abdelvahed Radi və onu müşayiət edən şəxslər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.
AzərTAc
Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 2.