Azərbaycan Diplomatik
Akademiyasında əfqanıstanlı diplomatlar
üçün treninq keçirilmişdir
Sentyabrın 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) əfqanıstanlı diplomatlar üçün "Qanunvericilik və idarəçilik" mövzusunda treninq keçirilmişdir.
Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, tədbirin əsas məqsədi Əfqanıstan hökumətinə maarifləndirmə sahəsində yardım etməkdir.
Milli təhlükəsizlik məsələlərinə dair treninqdə Əfqanıstandan gələn diplomatlar üçün terrorizmdən qorunma və narkotiklərlə mübarizə üsulları ilə bağlı təlim keçirilmişdir.
Treninq Azərbaycandan və xarici ölkələrdən dəvət olunmuş diplomatlar tərəfindən reallaşmışdır.
Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 2.