Azərbaycan Prezidenti İlham
Əliyevin ABŞ-a işgüzar səfəri
Azərbaycan Prezidenti İlham
Əliyevin və
ABŞ Prezidenti Barak Obamanın
görüşü
Sentyabrın 24-də
Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının
Prezidenti Barak Obamanın
görüşü olmuşdur.
Görüşdə Azərbaycan
ilə ABŞ arasında strateji əməkdaşlıq
prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə uğurla inkişaf etməsindən
məmnunluq ifadə olundu.
ABŞ Prezidenti Barak Obama
Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın
regionda ən çox uğurlar qazanan və ən nüfuzlu
ölkələrdən biri olduğunu vurğuladı.
Ölkələrimiz
arasında siyasi əlaqələrin yüksək səviyyədə
olduğu bildirilərək, iqtisadi, enerji, təhlükəsizlik
sahələrində əlaqələrimizin regional əməkdaşlığın
möhkəmlənməsi baxımından əhəmiyyəti
qeyd edildi.
Azərbaycan ilə
ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında
birgə fəaliyyətinə toxunulan görüşdə Azərbaycanın
bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirildi.
Energetika sahəsində
ölkələrimiz arasında uzun illər səmərəli
əməkdaşlığın həyata keçirildiyi
bildirilərək, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının
genişləndirilməsinə töhfəsi xüsusi qeyd
olundu.
Dövlət
başçıları Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışaraq problemin tezliklə nizama salınmasının
regionda sülhün və sabitliyin təmin edilməsi
baxımından zəruri olduğunu bildirdilər.
Prezident İlham Əliyev
münaqişənin həlli ilə əlaqədar
danışıqlar prosesinə toxunaraq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü prinsipi əsasında həll
olunmasının vacibliyi ilə bağlı mövqeyini bir
daha diqqətə çatdırdı.
Dövlət
başçılarının görüşündə Azərbaycanda
demokratik inkişaf prosesləri ilə bağlı fikir
mübadiləsi aparıldı.
Görüşdə, həmçinin
regional və beynəlxalq məsələlər də
müzakirə edildi.
AzərTAc
Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 1.